Xətaidə boru partladı, ev gölə çevrildi: "Zəng edirik, amma məhəl qoyan yoxdur" - VİDEO

Xətaidə boru partladı, ev gölə çevrildi: "Zəng edirik, amma məhəl qoyan yoxdur" - VİDEO

Hazırda oxunan: Xətaidə boru partladı, ev gölə çevrildi: "Zəng edirik, amma məhəl qoyan yoxdur" - VİDEO

210187

Xətai rayonu, UPD qəsəbəsində yaşayan sakinin evi içməli su borusunun partlaması nəticəsində qəzalı vəziyyətə düşüb.

Bizim.Media xəbər verir ki, şikayətçi bu vəziyyətin iki aya yaxındır hökm sürdüyünü və ətrafdakı digər evlərin də su ilə dolmasına səbəb olduğunu deyir:

"Evlərimiz suyun içindədir. Su idarəsinə gedirik, zəng edirik, məhəl qoyan yoxdur. Deyirlər ki, qanunsuz tikilidir".

Evi su ilə dolan başqa şikayətçi isə qeyd edib ki, partlayan borudan gələn su kanalizasiyaya axıdılır.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin nümayəndəsi Ceyhun Musaoğlu məsələ ilə bağlı bildirib ki, həmin ərazidə illər əvvəl qaydalar kobud şəkildə pozularaq su xəttinin üzərində evlər tikilib. Qəza baş verən ev də qanunsuz tikilən mənzillərdən biridir. Ərazidə baş verən problemin aradan qaldırılması üçün isə vətəndaşın evi sökülməlidir. Lakin vətəndaş buna etiraz edib. Qurum rəsmisinin sözlərinə görə, bu səbəbdən aidiyyəti qurumlara müraciət edilib və müəyyən sənədlər hazırlandıqdan sonra məhkəməyə təqdim olunacaq.

Daha ətraflı Baku TV-nin materialında:




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO