Bu gün saat 18:05-də Bakı-Ağstafa istiqamətində hərəkət edən sürətli sərnişin qatarı Keşlə sahəsində hərəkətdə olarkən orta yaşlı bir qadın dəmir yolunu qadağan olunmuş yerdən keçməyə cəhd edərək qəfil qatarın qarşısına çıxıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin “Facebook” hesabında məlumat yayılıb.
Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub. Təəssüflə qeyd edirik ki, stansiya əməkdaşları tərəfindən hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağrılsa da, həmin şəxs aldığı ağır bədən xəsarətlərindən dünyasını dəyişib.
ADY mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir və bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:45 / 05.09.2024
Keşlədə dəmir yolunun qadağan olunmuş hissəsindən keçən qadını qatar vurub
Hazırda oxunan: Keşlədə dəmir yolunun qadağan olunmuş hissəsindən keçən qadını qatar vurub
Hazırda oxunan: Keşlədə dəmir yolunun qadağan olunmuş hissəsindən keçən qadını qatar vurub
210163
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.