Bu gün Şuşaya köçən 30 ailəyə evlərinin açarları təqdim olundu – YENİLƏNİB/FOTO

Bu gün Şuşaya köçən 30 ailəyə evlərinin açarları təqdim olundu – YENİLƏNİB/FOTO

Hazırda oxunan: Bu gün Şuşaya köçən 30 ailəyə evlərinin açarları təqdim olundu – YENİLƏNİB/FOTO

210102

Bu gün növbəti köç karvanı ilə Şuşa şəhərinə çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub. 

Bizim.Media xəbər verir ki, 30 ailə olmaqla, 102 nəfər Şuşa sakini doğma yurduna qovuşub. 

Mərasimdə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin rəsmiləri iştirak ediblər. 

Ailələr sevinc hissi ilə mənzillərinin açarlarını təhvil alaraq, yeni evlərində məskunlaşıblar. 

*** 14:35

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin Şuşa şəhərinə qayıdışı davam edir. Sentyabrın 5-də səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Şuşa şəhərinə çatıb. 

Bizim.Media xəbər verir ki, Şuşa şəhəri doğma sakinlərini qarşılamağa davam edir. Bu gün 30 ailə olmaqla ümumilikdə 102 nəfər Şuşa sakini öz yurduna qovuşub.

Köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxanada, sanatoriyada, pioner düşərgəsində, yarımçıq tikililərdə və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub. 

Bununla da Şuşa şəhərində 177 ailənin, yəni 672 ailənin daimi məskunlaşması təmin edilib. 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO