Liftdə qalan 6 nəfər belə xilas edildi – VİDEO

Liftdə qalan 6 nəfər belə xilas edildi – VİDEO

Hazırda oxunan: Liftdə qalan 6 nəfər belə xilas edildi – VİDEO

210071

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu ərazisində doqquzmərtəbəli yaşayış binasında 1, Abşeron rayonunun Xırdalan şəhəri ərazisində doqquzmərtəbəli yaşayış binasında 4 nəfərin liftdə, habelə Nəsimi rayonunda 1 nəfərin barmağında dəmir halqanın sıxışması səbəbindən köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub. 

FHN-nin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, məlumatlarla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal çağırış üzrə cəlb olunublar. 

Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində liftlərdə qalmış 6 nəfər vətəndaş xilas edilib. 

Habelə, xilasedicilər tərəfindən həkim briqadasının iştirakı ilə köməyə ehtiyacı olan şəxsin barmağından dəmir halqanın müvafiq qaydada çıxarılması təmin edilib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO