Bakıdakı məktəblərdə neçə şagird təhsil alacaq?

Bakıdakı məktəblərdə neçə şagird təhsil alacaq?

Hazırda oxunan: Bakıdakı məktəblərdə neçə şagird təhsil alacaq?

210059

2024-2025-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə ümumilikdə 513 698 şagirdin təhsil alacağı gözlənilir. 

Bizim.Media xəbər verir ki, bu barədə idarədən məlumat verilib. 

Bildirilib ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 46 min 98, IX sinfində 44 min 233, X sinfində 35 min 757 , XI sinfində 32 min 260, XII sinfində 156 şagirdin təhsil alacağı proqnozlaşdırılır. 

BŞTİ-nin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisəslərinə 45 min 201 uşağın, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına isə 29 min 216 beşyaşlının cəlb olunacağı gözlənilir. 

Yeni tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 29 min 400 müəllim, məktəbəqədər təhsil müəssisəslərində isə 4 830 tərbiyəçi-müəllim çalışacaq. 

Qeyd edək ki, BŞTİ-nin tabeliyində 698 təhsil müəssisəsi fəaliyyət göstərir. Onlardan 342-si məktəbəqədər təhsil müəssisəsi, 327-si ümumi təhsil, 3-ü xüsusi tipli ümumi orta məktəb, 5-i əyani-qiyabi axşam məktəbi, 12-si internat tipli müəssisə, 9-u isə məktəbdənkənar müəssisədir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO