Ötən gün İsmayıllı rayonunda keçirilən əməliyyat zamanı saxlanılan şəxsin polkovnik olduğu məlum olub.
Bizim.Media modern.az-a istinadən xəbər verir ki, Əlişir Süleymanov 1992-2016-cı illərdə Azərbaycan Ordusunda müxtəlif hərbi vəzifələrdə, o cümlədən ön cəbhədə xidmət edib.
Ə.Süleymanov 2016-cı ildə polkovnik-leytenant rütbəsi ilə ehtiyata buraxılıb.
22 iyun 2006-cı il tarixində "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli, 26 iyun 2008-ci il tarixində "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli, 5 iyul 2019-cu il tarixində isə "FƏDAİ" medallarına layiq görülüb. O, II qrup Qarabağ Müharibəsi əlilidir. 2021-ci ildə İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə icra hakimiyyəti başçısının nümayəndəsi vəzifəsinə təyin edilib. Ailəlidir, 3 övladı var.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
00:07 / 05.09.2024
Əməliyyat zamanı saxlanılan şəxs POLKOVNİK İMİŞ
Hazırda oxunan: Əməliyyat zamanı saxlanılan şəxs POLKOVNİK İMİŞ
Hazırda oxunan: Əməliyyat zamanı saxlanılan şəxs POLKOVNİK İMİŞ
210024
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.