Şamaxıda sakinləri aldadan əmioğulları saxlanıldı

Şamaxıda sakinləri aldadan əmioğulları saxlanıldı

Hazırda oxunan: Şamaxıda sakinləri aldadan əmioğulları saxlanıldı

21000

Qax Rayon Polis Şöbəsinə müraciət edən 3 nəfər rayon sakini özlərini firma işçisi kimi təqdim edən iki şəxsin onlara satdıqları müxtəlif məişət əşyalarının guya hədiyyəli olduğunu, hədiyyəni əldə etmək üçün isə sadəcə çatdırılma xərcini əvvəlcədən ödəməyin vacibliyi adı ilə aldadaraq pullarını ələ keçirdiklərini bildiriblər.

Daxili İşlər Naziliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, daxil olmuş müraciətlər əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq əməlini törətməkdə şübhəli bilinən əmioğlular, Şamaxı rayon sakinləri-Səfər və Namiq Əsədovlar saxlanılıb.

Araşdırma zamanı onların hər hansı bir firmada işləmədiyi, Sədərək ticarət mərkəzindən aldıqları məişət əşyalarını rayonlarda satdıqları məlum olub.

Faktla bağlı Qax Rayon Polis Şöbəsinin İstintaq qrupunda araşdırma aparılır. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, DİN-in “102” Zəng Mərkəzinə və Qax RPŞ-nin (024)-255-23-52 şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO