MSK sədri: Kimlərinsə hay-küyünə görə seçkilərə kölgə salmaq olmaz

MSK sədri: Kimlərinsə hay-küyünə görə seçkilərə kölgə salmaq olmaz

Hazırda oxunan: MSK sədri: Kimlərinsə hay-küyünə görə seçkilərə kölgə salmaq olmaz

209972

"DSK-nın qərarından 3 gün keçəndən sonra bizə müraciət edilə bilər”. 

Bizim.Media xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib. 

MSK sədri bildirib ki, 3 gün keçərsə, müraciətə baxa bilməzlər:

“Görürük kənarda gedib deyirlər nə olsun 3 gün keçib, baxardılar. Amma belə deyil. Seçkidə biz bilsək ki, haradasa pozuntu var, onu dərhal müzakirə edirik. Amma kimlərsə dalaşıbsa və şikayət yoxdursa, biz buna baxa bilmərik. Bizim çəkinəcəyimiz heç bir məsələ yoxdur. Seçki günü 6478 məntəqədə seçki keçirilib. Bütün müşahidəçilər seçkini izləyib. Onların qarşısını heç kim ala bilməz.
 

Barmaq sayı ilə sayıla biləcək məntəqədə xoşagəlməz hallarla bağlı sosial şəbəkədə yayılmışdı. Pozuntu olan şeyə biz pozuntu deyəcəyik. Amma kimlərinsə hay-küyünə görə ümumi seçkilərə kölgə salmaq olmaz.


Pozuntudan pozuntuya çox fərq var. Elə pozuntu var nəticələrə təsir etmir. Amma yenə də bu pozuntu da cəzalandırılmalıdır. Amma bu hallara görə bizim çəkdiyimiz əziyyətə kölgə salmaq olmaz. Biz əziyyət çəkmişik. Seçkilər çox yüksək səviyyədə keçib”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO