Bu ilin sonunadək “Mygov” platformasında süni intellekt tətbiq olunacaq

Bu ilin sonunadək “Mygov” platformasında süni intellekt tətbiq olunacaq

Hazırda oxunan: Bu ilin sonunadək “Mygov” platformasında süni intellekt tətbiq olunacaq

209924

Vətəndaşların hökumətlə rahat ünsiyyəti üçün bu ilin sonunadək “Mygov” platformasında süni intellekt tətbiq olunacaq.

Bizim.Media xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədr müavini Şahin Əliyev “Kağızsız Hökumət: Rəqəmsallaşma və ətraf mühitə təsiri” adlı beynəlxalq tədbirdə deyib.

“Belə ki, vətəndaş artıq suallarını süni intellekt vasitəsilə istər yazılı (mətn formasında) və ya səsli şəkildə hökumətə çatdıra biləcək. Bu istiqamətdə işlər aktiv şəkildə davam edir. İlin sonunadək yekunlaşacağı gözlənilir”, - deyə Ş.Əliyev bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO