Bakıda təcili yardım avtomobili piyadanı vuraraq öldürüb.
Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə avqustun 29-u saat 12:30 radələrində baş verib.
Təcili Tibbi Yardım Stansiyasının sürücüsü Sultan Sultanov yol vərəqəsi əsasında idarə etdiyi həmin stansiyaya məxsus “İveko” markalı avtomobillə Maştağa-Zabrat şosesi ilə hərəkətdə olarkən “Təkər Kredit” mağazasının qarşısında yolu sağdan sola keçən piyada, 1950-ci il təvəllüdlü Məlikov Şahverdi Ağaverdi oğlunu ehtiyatsızlıqdan vurub.
Nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Sabunçu RPİ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:25 / 04.09.2024
Təcili yardım avtomobili piyadanı vuraraq öldürdü
Hazırda oxunan: Təcili yardım avtomobili piyadanı vuraraq öldürdü
Hazırda oxunan: Təcili yardım avtomobili piyadanı vuraraq öldürdü
209905
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.