Gədəbəydə 51 yaşlı kişi otluqda uzandı, yük maşını üstündən keçdi

Gədəbəydə 51 yaşlı kişi otluqda uzandı, yük maşını üstündən keçdi

Hazırda oxunan: Gədəbəydə 51 yaşlı kişi otluqda uzandı, yük maşını üstündən keçdi

209880

Gədəbəydə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Gərgər kəndi ərazisində “Qarabağlar” adlanan biçənək sahədə qeydə alınıb.
 

Belə ki, 1973-cü il təvəllüdlü Elman Əli oğlu Musayev ot presslərini “Qaz 3307” markalı yük maşınına yüklədikdən sonra otluq sahəyə uzanaraq istirahət etmək istəyib. 


O, maşının arxa təkəri tərəfdə kölgədə uzandığı zaman sürücü Maarif Əmiraslanov avtomobili hərəkətə gətirib və arxaya doğru sürüb. Nəticədə yük maşını E.Musayevin üstündən keçib.

Ağır xəsarətlər alan E.Musayev dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Gədəbəy RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO