“Vətən müharibəsində Azərbaycandakı bütün xalqların böyük payı var” - Prezident

“Vətən müharibəsində Azərbaycandakı bütün xalqların böyük payı var” - Prezident

Hazırda oxunan: “Vətən müharibəsində Azərbaycandakı bütün xalqların böyük payı var” - Prezident

20975

“Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək. Builki festival Azərbaycanda yaşayan xalqların nümayəndələrini əhatə edir. Bugünkü festivalda ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri çıxış edəcəklər."

"Bu tövsiyəni festivalın təşkilatçısı olan Heydər Əliyev Fonduna mən vermişdim, çünki Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır”. 

Bizim.Media xəbər  verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Cıdır düzündə təşkil olunan “Xarıbülbül” musiqi festivalının açılışında bunları deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident və ailəsi “Şuşa” yarımstansiyasının açılışında - FOTOLAR


Dövlət başçısı diqqətə çatdırdı ki, Vətən müharibəsi Azərbaycanda bütün xalqların dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşadığını göstərdi:

“Biz dünyanın müxtəlif yerlərində baş verən hadisələri izləyirik, görürük və deyə bilərəm ki, bir neçə il bundan əvvəl bu gün mövcud olan vəziyyəti görürdük. Ona görə həm ölkə daxilində, həm beynəlxalq müstəvidə, o cümlədən ölkəmizdə keçirilmiş çoxsaylı tədbirlərdə multikulturalizmi təbliğ edirdik, müxtəlif xalqların birgəyaşayışını təbliğ edirdik və deyirdik ki, bu, mümkündür.

Azərbaycanın timsalında deyirdik ki, bu, mümkündür və göstərirdik, öz təcrübəmizi bölüşürdük, öz fikirlərimizi bölüşürdük və hesab edirəm ki, bizim bu səylərimiz nəticə verdi. Çünki bu gün dünyada bu məsələ ilə bağlı daha dəqiq təsəvvür vardır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO