Moskvanın son zamanlarda Bakını Naxçıvanla Ermənistan üzərindən birləşdirən "Zəngəzur" dəhlizinə dəstək verməsindən sonra İran Xarici İşlər Nazirliyinin Avrasiya Baş İdarəsinin rəisi Müctəba Dəmirçilu Rusiyanın Tehrandakı səfiri Aleksey Dedovu yanına çağırıb.
Bizim.Media "Azad İran" Telegram kanalına istinadən xəbər verir ki, bu barədə informasiyanı İran Xarici İşlər Nazirliyinin rəsmi internet saytı yayıb.
Mənbə qeyd edir ki, görüşdə ikitərəfli münasibətlər, ölkələrin ərazi bütövlüyü və qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən Cənubi Qafqazda regional əməkdaşlıq müzakirə edilib.
Cənubi Qafqazda gedən proseslər barədə danışarkən İran XİN rəsmisi bildirib ki, Tehran beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsinə və istənilən geosiyasi dəyişikliyə qarşı çıxır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:14 / 03.09.2024
İran yenə "Zəngəzur" dəhlizinə "yox" deyir - Rusiya səfiri XİN-ə çağırıldı
Hazırda oxunan: İran yenə "Zəngəzur" dəhlizinə "yox" deyir - Rusiya səfiri XİN-ə çağırıldı
Hazırda oxunan: İran yenə "Zəngəzur" dəhlizinə "yox" deyir - Rusiya səfiri XİN-ə çağırıldı
209733
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.