Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunda “İstisu” mineral su zavodunun açılışında iştirak ediblər.
Bizim.Media xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım zavodda istehsal prosesi ilə tanış olublar və faydalı elemetlərlə zəngin olan sudan içiblər.
MÖVZU İLƏ BAĞLI:
Prezident və Birinci xanımın Kəlbəcər səfərindən yeni GÖRÜNTÜLƏR - GÜNÜN VİDEOSU
Prezident İlham Əliyev zavodu işə salıb.
Qeyd edək ki, təməli 2022-ci il iyunun 26-da Prezident İlham Əliyev tərəfindən qoyulan “İstisu” mineral su zavodunda işlər 2024-cü ildə tam başa çatdırılıb.
Bizim.Media