“Bandotdel” əməliyyat keçirdi: Tutulanlar var – FOTO/VİDEO

“Bandotdel” əməliyyat keçirdi: Tutulanlar var – FOTO/VİDEO

Hazırda oxunan: “Bandotdel” əməliyyat keçirdi: Tutulanlar var – FOTO/VİDEO

209653

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat keçirib, üç şəxsdən 35 kiloqram narkotik vasitə aşkarlanıb.

Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat xidmətindən məlumat verilib

Bildirilib ki, tədbirlərlə daha bir narkoşəbəkənin üzvləri əvvəllər məhkum olunmuşlar Xaliq Hüseynzadə, Seymur Məmmədli və tanışı Elşən Qəniyev saxlanılıblar. Onların üzərindən, avtomobillərindən və yaşadıqları evlərdən 35 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana və heroin aşkarlanıb.

Saxlanılan şəxslər ifadələrində narkotikləri satış məqsədilə əldə etdiklərini bildiriblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb, məhkəmənin qərarı ilə onlar barəsində həbs-qətimkan tədbirləri seçilib.

X.Hüseynzadə, S.Məmmədli və E.Qəniyevlə əlbir olan digər şəxslərin də saxlanılması istiqamətində tədbirlər davam etdirilir.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO