İmişlidə 17 yaşlı qızın toyu TƏXİRƏ SALINDI

İmişlidə 17 yaşlı qızın toyu TƏXİRƏ SALINDI

Hazırda oxunan: İmişlidə 17 yaşlı qızın toyu TƏXİRƏ SALINDI

209651

İmişli rayonunda yeniyetmənin toyunun olması barədə sosial şəbəkədə yayılan məlumat polis tərəfinfən araşdırılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya bildirilib ki, faktla bağlı İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bütün zəruri tədbirlər icra olunub.

Araşdırmalar zamanı qızın 17 yaşının tamam olması məlum olub. Polis əməkdaşları və icra hakimiyyətinin məsul şəxsləri oğlan və qızın valideynləri ilə izahedici söhbətlər aparıblar və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb. Keçirilməsi planlaşdırılan toy məclisi isə təxirə salınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO