Vatsap istifadəçiləri PİN kodu təyin edərək yeni mesajlardan “qoruna” biləcəklər.
Bizim.Media xəbər verir ki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb.
Bu funksiya iOS-da əlavələrin funksiyalarını yoxlamaq üçün istifadə edilən “TestFlight” proqramı vasitəsilə aşkar edilib. Portal müəlliflərinin sözlərinə görə, vatsapın gələcək versiyasında istifadəçi arzuolunmaz mesajlardan özünü qorumaq üçün PİN kodu əlavə edə biləcək.
Bildirilir ki, yeni həmsöhbətlər ilk mesajı yazmaq üçün PİN kodu daxil etməli olacaqlar. Məhdudiyyət adları “əlaqə kitabı”nda olmayan istifadəçilərə şamil edilir.
Yeni funksiyanın messencerin ictimai versiyasında nə vaxt istifadəyə veriləcəyi məlum deyil.
Bizim.Media
![Vatsapa yeni funksiya gəlir Vatsapa yeni funksiya gəlir](https://bizim.media/file/articles/2024/09/01/1725203693_photo_5379646168776172729_x.jpg)
- A-
- A
- A+
Cəmiyyət
19:13 / 01.09.2024
Vatsapa yeni funksiya gəlir
Hazırda oxunan: Vatsapa yeni funksiya gəlir
Hazırda oxunan: Vatsapa yeni funksiya gəlir
209484
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.