Ad günündə ilk dəfə səs verən şəkili gəncə MARAQLI HƏDİYYƏ – FOTO

Ad günündə ilk dəfə səs verən şəkili gəncə MARAQLI HƏDİYYƏ – FOTO

Hazırda oxunan: Ad günündə ilk dəfə səs verən şəkili gəncə MARAQLI HƏDİYYƏ – FOTO

209476

Şəkinin Qoxmuq kənd sakini Çinarə Camalovanın bu gün həyatında ən gözəl yaddaqalan günlərdən biridir. Onun 18 yaşı tamam olur.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Milli Məclisə seçkilər gününə təsadf edən ad günü onun həyatında həm də ilk səsvermə günü kimi yadda qalacaq.  
 

Əməkdaşımızla söhbətində Çinarə bildirib ki, həyatında yeni dövr başlayır. Ad gününə təsadüf edən seçki prosesində həm də bir vətəndaş kimi iştirak etmək üçün seçki məntəqəsinə  gəlib. O, 114 saylı şəhər şəhər seçki dairəsinin Qoxmuq kənd 32 saylı seçki məntəqəsində qeydiyyata düşüb.  


32 saylı seçki məntəqəsinin sədri Bayram Şıxəliyev səsvermənin öz axarı ilə getdiyini, seçicilərin fəallıq göstərdiyini bildirir. Məntəqə üzrə 1407 seçici qeydiyyata alınıb. 

Qeyd edə ki, Mərkəzi Seçki Komissiyası adından Çinarə Camalovaya doğum günü və ilk dəfə səsvermədə iştirakla bağlı vəsiqə təqdim edildi. Eyni zamanda kənd bələdiyyəsi də ona xatirə hədiyyəsi təqdim edib. 








Tural Rasim oğlu, Bizim.Media, Şimal-qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO