23 saylı seçki dairəsində səsvermə prosesi davam edir - FOTO

23 saylı seçki dairəsində səsvermə prosesi davam edir - FOTO

Hazırda oxunan: 23 saylı seçki dairəsində səsvermə prosesi davam edir - FOTO

209391

Milli Məclisə seçkilərlə əlaqədar 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 13 saylı seçki məntəqəsində səsvermə prosesi davam edir.

Bizim.Media xəbər verir ki, Seçki dairəsinin sədri Jalə Zeynalova  bu məntəqənin seçici siyahısında 1458 nəfərin adı olduğunu bildirib.

Onun sözlərinə görə, səsvermə başlayandan 3 saat vaxt ərzində 230 nəfər səs verib:
 

"Seçki prosesini 30 yerli və beynəlxalq müşahidəçi izləyir. Məntəqədə seçkilərə nəzarət üçün veb-kamera quraşdırılıb".


Qeyd edək ki, məntəqə Bakı şəhəri, T.Həsənov adına 23 saylı məktəbin binasında yerləşir.




Selcan Zaurqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO