Gəncədə 4 dairə üzrə 2 minə yaxın vətəndaş ilk dəfə SƏS VERƏCƏK

Gəncədə 4 dairə üzrə 2 minə yaxın vətəndaş ilk dəfə SƏS VERƏCƏK

Hazırda oxunan: Gəncədə 4 dairə üzrə 2 minə yaxın vətəndaş ilk dəfə SƏS VERƏCƏK

209359

Bu gün Milli Məclisə növbədənkənar seçkilərdə Gəncə şəhərində 4 dairədən 159 məntəqə üzrə 202 000 dən çox seçici iştirak edir. Ümumilikdə 29 namizəd mandat uğrunda mübarizə aparır. Bütün məntəqələr üzrə ümumilkidə müxtəlif siyasi partiyaları və müstəqil olaraq seçkiləri izləmək üçün 3000-ə yaxın müşahidəçi qeydə alınıb. 

Dairələrdən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, bu seçkilərdə 4 dairə üzrə 2000-ə yaxın vətəndaş ilk dəfə səs verəcək. 

159 açıq tipli məntəqələrdən başqa 4 dairənin ərazisinə daxil olan hərbi hissələrdə və təcridxanalarda 3 qapalı məntəqə fəaliyyət göstərir.

Ümumilikdə dairələr üzrə 42 məntəqədə seçkilərin gedişatını onlayn izləmək üçün veb-kameralar quraşdırılıb. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO