Bəhruz Səmədov niyə ermənilərə işlədi? - ARAŞDIRMA/VİDEO

Bəhruz Səmədov niyə ermənilərə işlədi? - ARAŞDIRMA/VİDEO

Hazırda oxunan: Bəhruz Səmədov niyə ermənilərə işlədi? - ARAŞDIRMA/VİDEO

209282

“No War” kimi tanınan təxribatçı dəstənin bir üzvü olan Bəhruz Səmədov 2020-ci ildən, yəni Vətən Müharibəsi dövründən başlayaraq Ermənistan Respublikasının Xüsusi Xidmət Orqanları nümayəndələri və onlarla əməkdaşlıq edən həmin ölkənin vətəndaşları ilə də təmaslara keçib.

Bizim.Media xəbər verir ki, bu barədə Baku TV süjet hazırlayıb.

Məlumata görə, həmin dəstənin üzvləri özlərini hər zaman guya sülh tərəfdarı, müharibə əleyhdarı kimi göstərməyə çalışaraq ölkə üçün məsul dövrlərdə əsasən erməniləri və Ermənistanın Azərbaycana təcavüzünü müdafiə edib, Qarabağdakı separatçıları dəstəkləyiblər.

Qeyd edilib ki, B.Səmədovun əlaqəyə girdiyi şəxslər arasında İrina Safaryan, Lilit Şahverdiyan, Sossi Tatikyan və başqaları olublar. Bundan başqa vurğulanıb ki, Dekotininin Lilit Şahverdiyana xüsusi münasibəti də maraq doğurur.

“Ermənistan Xüsusi Xidmət Orqanlarına işləyən İrina Safaryanla vatsap mobil tətbiqi vasitəsi ilə apardığı yazışmalar zamanı Safaryana Qarabağ və digər regionlarda cərəyan edən proseslər, işğaldan azad edilmiş ərazilərə məcburi köçkünlərin geri qayıdışı ilə bağlı vəziyyət, həmçinin həmin ərazilərdə aparılan inşaat işləri və başqa mövzularda məlumat toplayıb göndərmək tapşırığı alıb. Bəhruz Səmədov isə həmin tapşırıqlara uyğun olaraq mümkün olan bütün məlumatları toplayaraq İrina Safaryana göndərib”, - süjetdə qeyd edilib.

Daha ətraflı videomaterialda:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO