"Memar Əcəmi" stansiyasının yaxınlığında sakinləri narahat edən hallar aradan qaldırıldı - VİDEO

"Memar Əcəmi" stansiyasının yaxınlığında sakinləri narahat edən hallar aradan qaldırıldı - VİDEO

Hazırda oxunan: "Memar Əcəmi" stansiyasının yaxınlığında sakinləri narahat edən hallar aradan qaldırıldı - VİDEO

209157

Paytaxtın Nəsimi rayonunda Memar Əcəmi metrostansiyasının yaxınlığında ictimai iaşə obyektlərində sakinləri narahat edən hallarla bağlı polis əməkdaşları tərəfindən tədbirlər görülüb.

Bizim.Media xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin media və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Qafarov bildirib.

Bildirilib ki, həmin ərazidə mövcud olan sanitar-epidiemoloji vəziyyət, ictimai iaşə obyektlərinin yol verdiyi məişət səs-küyü və digər neqativ hallarla bağlı təkcə son 1 ay ərzində 9 müxtəlif məzmunda profilaktik tədbir keçirilib.

"Buna baxmayaraq hələ də bəzi obyektlərdə sakinləri narahat edən halların qarşının alınması məqsədi ilə vətəndaşların müraciətləri dərhal nəzarətə götürülüb.

Polisin həmin ərazidə keçirdiyi tədbirlərə dəstək verən sakinlərə təşəkkür edirik", - deyə məlumatda qeyd edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO