Fariz İsmayılzadənin Lənkəranda seçicilərlə izdihamlı görüşü BAŞ TUTDU – FOTO

Fariz İsmayılzadənin Lənkəranda seçicilərlə izdihamlı görüşü BAŞ TUTDU – FOTO

Hazırda oxunan: Fariz İsmayılzadənin Lənkəranda seçicilərlə izdihamlı görüşü BAŞ TUTDU – FOTO

209144

Sentyabrın 1-də keçiriləcək VII çağırış Milli Məclisə seçkilərdə 77 saylı Lənkəran şəhər seçki dairəsindən deputatlığa namizəd olan Fariz İsmayılzadə Lənkəran rayonunda seçicilərlə görüşlərinə davam edir.  

Bizim.Media xəbər verir ki, bu gün deputatlığa namizədin Lənkəran şəhərində seçicilərlə izdihamlı görüşü baş tutub.

Lənkəran Mədəniyyət Mərkəzində təşkil olunan görüşə yüzlərlə seçici qatılıb. Görüş zamanı Fariz İsmayılzadə seçicilərə öz seçki platforması və gələcək hədəfləri ilə bağlı məlumat verib. 


Qeyd edək ki, Fariz İsmayılzadə 2000-2002-ci illərdə ABŞ-ın dünyaca tanınmış Vaşinqton Universitetində magistr təhsili alıb.

O, daha sonra 2013-2015-ci illərdə İspaniyanın Madrid şəhərində yerləşən Beynəlxalq Biznes Məktəbində Qlobal Menecment ixtisası üzrə magistr təhsilini alıb. Hollandiyanın nüfuzlu Maastrix Menecment Məktəbinin Beynəlxalq Biznes ixtisası üzrə doktorantıdır.

Azərbaycan Respublikası Prezidentinin 9 iyul 2019-cu il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında səmərəli fəaliyyətinə görə, Fariz İsmayılzadə “Tərəqqi” medalı ilə, həmçinin 2019-cu ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illik yubiley medalı ilə təltif olunub.  

O, 2016-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının üzvü təyin edilib.   

Fariz İsmayılzadə son olaraq ADA Universitetinin dövlət, xarici və tələbə işləri üzrə prorektoru vəzifəsində çalışıb.  


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO