Göygöldə 5 nəfər dərmandan ZƏHƏRLƏNDİ - Nənə və uşaq dünyasını dəyişdi - YENİLƏNİB

Göygöldə 5 nəfər dərmandan ZƏHƏRLƏNDİ - Nənə və uşaq dünyasını dəyişdi - YENİLƏNİB

Hazırda oxunan: Göygöldə 5 nəfər dərmandan ZƏHƏRLƏNDİ - Nənə və uşaq dünyasını dəyişdi - YENİLƏNİB

209093

Göygöl rayonunda kimyəvi maddədən zəhərlənmə olub, ölənlər var. 

Bizim.Media "report.az"a istinadən xəbər verir ki, hadisə Balçılı kəndində qeydə alınıb. 

İlkin ehtimala görə, beş nəfər - 4 uşaq, 1 qadın (nənələri) başlarını mal-qaranın dezinfeksiyasında istifadə edilən "Niastol" adlı kimyəvi preparat yumaları səbəbindən zəhərlənib. 
 

Qadın və bir uşaq hadisə yerində ölüb. Digərləri Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər. Onların vəziyyətinin ağır olduğu bildirilir. 


Faktla bağlı araşdırma aparılır. 

Qeyd edək ki, 2022-ci ildə Göygöl rayonunda dörd qız saçlarında bit olduğu üçün "Niastol" preparatını saçlarına vurduqları üçün zəhərlənmişdilər. 

*** 14:04

Göygöl rayonunda zəhərlənmə hadisəsi baş verib. 

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, hadisə kəndlərdən birində qeydə alınıb. 

Dörd nəfərin zəhərləndiyi, onlardan üçünün uşaq olduğu qeyd edilib. Zəhərlənmə nəticəsində doqquz yaşlı uşaq isə ölüb. 

Onların "Niastol" adlı dərmandan zəhərləndikləri ehtimal edilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO