“Nar”dan yeni dərs ili üçün sərfəli tarif: “CavanNar 10”

“Nar”dan yeni dərs ili üçün sərfəli tarif: “CavanNar 10”

Hazırda oxunan: “Nar”dan yeni dərs ili üçün sərfəli tarif: “CavanNar 10”

209087

Sizə ən yaxın operator olan “Nar” hər yeni tədris ilində ünsiyyəti daha rahat etmək üçün şagird və tələbələrə ən sərfəli tariflərini təklif edir. Qarşıdan gələn yeni dərs ilində də “Nar” bol  ünsiyyət imkanı verən “CavanNar 10” tarifini tövsiyə edir. Bu tarifi istifadə edən gənclər ümumilikdə 11 GB həcmində internet paketini və tarifdaxili 550 danışıq dəqiqəsini ayda cəmi 10 AZN-ə əldə edir. 

Bundan başqa, "Cavannar 10" istifadəçisi təqdim edilən paketi bitirdiyi halda, əlavə internet paketini də daha sərfəli qiymətə sifariş edə bilər. "Cavannar 10" istifadəçiləri üçün nəzərdə tutulan əlavə internet paketlərinin qiyməti 500 MB üçün 2 AZN, 1 GB üçün 4 AZN təşkil edir. 

Tarifə qoşulmaq üçün sadəcə *777#710#YES yığmağınız kifayətdir. Tarif haqqında daha ətraflı məlumatı nar.az/cavannar-10 səhifəsindən əldə edə bilərsiniz.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO