Bu gündən şagirdlərin yerdəyişməsi DAYANDIRILIR

Bu gündən şagirdlərin yerdəyişməsi DAYANDIRILIR

Hazırda oxunan: Bu gündən şagirdlərin yerdəyişməsi DAYANDIRILIR

209036

Bu gün saat 18:00-da şagirdlərin elektron yerdəyişməsində valideynlər üçün sy.edu.az elektron sistemi vasitəsilə ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi dayandırılacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb. 

Həmin müddətə qədər sorğu yerləşdirən valideynlər 5 sentyabr saat 15:00-a qədər övladlarının sənədlərini yerdəyişmə etdikləri ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər. 
 

Qeyd edək ki, yerdəyişmə prosesinə II – IX və XI sinif şagirdləri üçün 8 avqust 2024-cü il saat 15:00-dan, X siniflər üçün isə 15 avqust 2024-cü il saat 15:00-dan etibarən başlanılıb.


Yerdəyişmə prosesi yekunlaşdıqdan sonra tamamlanmayan sorğular və növbələr avtomatik olaraq sistem tərəfindən silinəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO