Dünən "Gənclik Mall" Ticarət Mərkəzindən oğurluq edən şəxs saxlanılıb.
Bizim.Media qaynarinfo-ya istinadən xəbər verir ki, oğurluğu törədən C.B. barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
C.B. "Gənclik Mall"dakı "New Yorker" mağazasından qiyməti 120 manat olan bir ədəd papağı oğurlayıb.
O, məhkəmədə hadisəni törətdiyini etiraf edib və əməlindən səmimi peşman olduğunu bildirib. Həmçinin, bir daha belə hallara yol verməyəcəyini qeyd edərək, barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş edib.
Məhkəmə onun peşmanlığını nəzərə alaraq İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilib və 160 saat ictimai işlər növündə tənbeh tətbiq edib. C.B. iclas zalından azad olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
23:45 / 29.08.2024
"Gənclik Mall"da OĞURLUQ OLUB
Hazırda oxunan: "Gənclik Mall"da OĞURLUQ OLUB
Hazırda oxunan: "Gənclik Mall"da OĞURLUQ OLUB
209020
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.