Sabah şagirdlərin yerdəyişməsi prosesi DAYANDIRILACAQ

Sabah şagirdlərin yerdəyişməsi prosesi DAYANDIRILACAQ

Hazırda oxunan: Sabah şagirdlərin yerdəyişməsi prosesi DAYANDIRILACAQ

208984

Şagirdlərin elektron yerdəyişməsində valideynlər üçün sy.edu.az elektron sistemi vasitəsilə ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi sabah - 30 avqust saat 18:00-da dayandırılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Məlumata görə, həmin müddətə qədər sorğu yerləşdirən valideynlər 5 sentyabr saat 15:00-a qədər övladlarının sənədlərini yerdəyişmə etdikləri ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər.

Qeyd edək ki, yerdəyişmə prosesinə II – IX və XI sinif şagirdləri üçün 8 avqust 2024-cü il saat 15:00-dan, X siniflər üçün isə 15 avqust 2024-cü il saat 15:00-dan etibarən başlanılıb. Yerdəyişmə prosesi yekunlaşdıqdan sonra tamamlanmayan sorğular və növbələr avtomatik olaraq sistem tərəfindən silinəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO