İran vətəndaşına narkokuryerlik edən şəxs həbs olundu – FOTO/VİDEO

İran vətəndaşına narkokuryerlik edən şəxs həbs olundu – FOTO/VİDEO

Hazırda oxunan: İran vətəndaşına narkokuryerlik edən şəxs həbs olundu – FOTO/VİDEO

208968

Sosial şəbəkədə tanış olduğu İran vətəndaşına pul müqabilində narokuryerlik etməkdə şübhəli bilinən şəxsdən üç kiloqram heroin aşkarlanıb. 

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib 

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi və Saray Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən növbəti əməliyyat zamanı 1993-cü il təvəllüdlü Elçin Əlizadə saxlanılıb. 

Onun üzərindən və avtomobilindən 3 kiloqramdan artıq narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb. O, narkotik vasitələri satış məqsədilə sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdiyini bildirib. 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə E.Əlizadə barəsində həbs qətimkan tədbiri seçilib. 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO