Xəbər verdiyimiz kimi, avqustun 29-u səhər saatlarında Quba rayonunun Hacıhüseynli kəndi ərazisində "Mercedes" markalı sərnişin mikroavtobusu ilə “Chevrolet” markalı minik avtomobili toqquşub.
Bizim.Media-nın məlumatına görə, qəzaya düşənlər fəhlələr olub.
MÖVZU İLƏ BAĞLI:
Qubada sərnişin avtobusu minik maşını ilə toqquşdu: Çoxlu yaralı var - ÖZƏL - FOTO
Qubanın Barlı kənd sakini olan fəhlələr Hacıhüseynli kəndi istiqamətində fəaliyyət göstərən şirkətə meyvə yığmağa gedirlərmiş.
Məlumat üçün bildirək ki, sərnuşin avtobusu ilə toqquşan "Chevrolet" markalı avtomaşının sürücüsünün kimliyi də bəlli olub.
Bu, Hacıhüseynli kənd sakini Kamal Paşayevdir.
DİN-in məlumatına görə, ümumilikdə, sərnişin avtobusunda 13 nəfər olub, 1 nəfər ölüb, 12 nəfər yaralanıb.
Quba qəzasında ölən şəxsin kimliyi də açıqlanıb.
Bizim.Media-nın əldə etdigi məlumata görə, ölən şəxs Qubanın Barlı kənd sakini Əzimə Həbib qızı Mirişovadır.
İşə gedən yaşlı qadın aldığı xəsarətdən yerindəcə ölüb.
Qəzanın başvermə səbəbini Quba rayon polis şöbəsi araşdırır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu