DİN: Quba qəzasında 1 nəfər ölüb, 8 nəfər yaralanıb

DİN: Quba qəzasında 1 nəfər ölüb, 8 nəfər yaralanıb

Hazırda oxunan: DİN: Quba qəzasında 1 nəfər ölüb, 8 nəfər yaralanıb

208893

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Bizim.Media-ya verilən məlumata görə,  avqustun 29-u səhər saatlarında Quba rayonunun Hacıhüseynli kəndi ərazisində  "Mercedes" markalı sərnişin mikroavtobusu ilə “Chevrolet” markalı minik avtomobili toqquşub. 
 

MÖVZU İLƏ BAĞLI:

Qubada sərnişin avtobusu minik maşını ilə toqquşdu: Çoxlu yaralı var - ÖZƏL - FOTO


Qəza nəticəsində 1 nəfər ölüb,  8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba  Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO