Bu günün HAVA PROQNOZU

Bu günün HAVA PROQNOZU

Hazırda oxunan: Bu günün HAVA PROQNOZU

20888

Mayın 12-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, havanın temperaturu gecə 10-13 dərəcə isti, gündüz 18-23 dərəcə isti olacaq. Bakıda gecə 10-12 dərəcə isti, gündüz 20-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz olacaq.

Mayın 12-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman müşahidə ediləcək.   Havanın temperaturu gecə 7-12 isti, gündüz 22-27 isti, dağlarda gecə 3-8 isti, gündüz 13-18 dərəcə isti olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO