Tanınmış həkim 2 min manata görə qətlə yetirilibmiş - TƏFƏRRÜAT

Tanınmış həkim 2 min manata görə qətlə yetirilibmiş - TƏFƏRRÜAT

Hazırda oxunan: Tanınmış həkim 2 min manata görə qətlə yetirilibmiş - TƏFƏRRÜAT

208721

Zaqataladakı cinayətin yeni təfərrüatı məlum olub.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, qətl iki min manata görə törədilib.

Belə ki, Tariyel Əhmədov Həsən Davudovdan sələmə götürdüyü pulun bir hissəsini qaytarsa da, sonda qalan iki min manatı verməyib və məsələ məhkəməyə qədər uzanıb.

Məhkəmə isə Tariyel Həsənovu haqlı bilib və qərarı onun xeyrinə çıxarıb.

Yenidən pulu tələb edən H.Davudova T.Əhmədovun cavabı məhkəmənin qərarını yenidən xatırlatmaq olub. Bundan hiddətlənən şəxs ov tüfəngini götürərək həkimi güllələyərək öldürüb və daha sonra intihar edib.

Digər bir məlumata əsasən mübahisə mövzusuna çevrilən pulun üçüncü şəxsə aid olması, lakin həmin pulun H.Davudov tərəfindən sələmə verilməsidir.


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO