“Bu ilin sonunadək Qarabağ bölgəsinə keçmiş məcburi köçkünlərdən 20 mindən çox insanın geri dönməsi gözlənilir”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla Ankarada keçirdiyi birgə mətbuat konfransında deyib.
MÖVZU İLƏ BAĞLI:
Laçına köçürülən 954 nəfər işlə TƏMİN OLUNDU
Nazir qeyd edib ki, birinci mərhələ çərçivəsində 2026-cı ilin sonunadək bu sayın 140 mindən artıq olması gözlənilir:
“Türkiyə Qarabağın yenidən qurulması və bərpası prosesində Azərbaycanla birgə hərəkət edir: "30 illik işğaldan sonra azad edilmiş Qarabağ bölgəsinin yenidən qurulması və bərpası prosesində yenə də Türkiyənin Azərbaycanın yanında olması təqdirəlayiq haldır. Bu bölgədə Azərbaycan şirkətlərinə daha çox dəstək olan yenə Türkiyə şirkətləridir. Bu fəaliyyətin nəticəsidir qısa müddət ərzində tamamilə fərqli bir mənzərə görürük. Hər ay yeni layihələrin başa çatması, insanların geri qayıdışını bayram edirik.
Bu ilin sonunadək 20 mindən çox keçmiş məcburi köçkünün öz torpağına geri dönməsi gözlənilir.
2026-cı ilin sonunda isə 140 mindən artıq vətəndaşımız birinci köç mərhələsinin sonu olaraq Qarabağa geri qayıdacaq”.
Bizim.Media