Bakının Binəqədi rayonunda İran vətəndaşından 28 kiloqram narkotik əldə etməkdə şübhəli bilinən narkoşəbəkə üzvləri həbs edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əvvəllər narkotiklə bağlı cinayətlərə görə məhkum olunmuşlar Ruslan Azadzadə, Röyal Feyzullayev, Zaur Abdullayev, Fərid Rəcəbov və Mahir Əliyev saxlanılıblar:
"Onlardan ümumilikdə 28 kiloqram narkotik vasitə, o cümlədən 15 kiloqram heroin, 6 kiloqram tiryək və 7 kiloqram tərkibi psixotrop maddələlərlə zənginləşdirilən marixuana aşkarlanıb.
Saxlanılan şəxslər narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşlarından əvvəlcədən müəyyənləşdirilən məkandan götürərək satışını həyata keçirməyi və maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırıblar".
"Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmə tərəfindən həbs qətimkan qərarı verilib. R.Azadzadə, R.Feyzullayev, Z.Abdullayev, F.Rəcəbov və M.Əliyevin daxil olduqları mütəşəkkil dəstənin digər üzvlərinin də saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir",- məlumatda qeyd olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:44 / 27.08.2024
DİN Binəqədidə əməliyyat keçirdi: Saxlanılanlar var – FOTO/VİDEO
Hazırda oxunan: DİN Binəqədidə əməliyyat keçirdi: Saxlanılanlar var – FOTO/VİDEO
Hazırda oxunan: DİN Binəqədidə əməliyyat keçirdi: Saxlanılanlar var – FOTO/VİDEO
208653
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.