Hərbi Hava Qüvvələri şərti düşmən hədəflərini belə məhv etdilər - VİDEO

Hərbi Hava Qüvvələri şərti düşmən hədəflərini belə məhv etdilər - VİDEO

Hazırda oxunan: Hərbi Hava Qüvvələri şərti düşmən hədəflərini belə məhv etdilər - VİDEO

208578

Cari ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə döyüş atışlı təlim keçirilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, uçuşdan əvvəl tapşırıqlar xəritə üzərində dəqiqləşdirilib, hədəf hesabatı aparılıb və şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb. 

Plana uyğun olaraq, helikopter bölmələri qrup şəklində bazalanma aerodromundan uçuşlar edərək poliqonda şərti düşmənin yerüstü hədəflərinin məhv edilməsi üzrə tapşırıqları yerinə yetiriblər. 

"Helikopter ekipajlarının döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib", - məlumatda vurğulanıb. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO