Bakıda qadın ərinə XƏSARƏT YETİRDİ

Bakıda qadın ərinə XƏSARƏT YETİRDİ

Hazırda oxunan: Bakıda qadın ərinə XƏSARƏT YETİRDİ

208574

Avqustun 26-də saat 04 radələrində Nizami rayonu ərazisində 1979-cu il təvəllüdlü Sakit Nağıyevin xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Nizami rayon prokurorluğundan Bizim.Media-ya verilən məlumatı görə, araşdırma zamanı 1998-ci təvəllüdlü Aynur Nağıyevanın birgə yaşadıqları evdə əri Sakit Nağıyevə kəsici-deşici əlatlə xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. 

Aynur Nağıyeva iş üzrə şübhəli şəxs qismində tutulub. 

Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO