Sabah səmada "planetlərin paradı" BAŞLAYIR - FOTO

Sabah səmada "planetlərin paradı" BAŞLAYIR - FOTO

Hazırda oxunan: Sabah səmada "planetlərin paradı" BAŞLAYIR - FOTO

208562

Avqustun 28-də səhər saatlarında altı planet və Yerin peyki Günəşin bir tərəfində düzülərək "planetlərin şərti paradı"nı təşkil edəcək. 

Bizim.Media xəbər verir ki, Veneradan başqa bütün planetlər Yer səmasında Günəşin bir tərəfində yerləşəcək və eyni zamanda görünəcək. 

Merkuri, Mars, Yupiter və Uran səmanın şərq hissəsində, Neptun və Saturn isə cənub-qərbdə olacaq. 

Qeyd edək ki, “Planetlər paradı” Günəş sistemində iki formada olur: Kiçik planetlərin paradı - bu hadisə Günəş sistemindəki kiçik planetlərin, yəni Merkuri, Venera, Yer və Marsın iştirakı ilə baş verir; Böyük planetlərin paradı - bu hadisə isə Uran, Saturn, Yupiter, Neptunun iştirakı ilə yaşanır. Lakin bəzən bu planetlərin hamısı bir düz xətt boyunca düzülür ki, bu, “Planetlərin əsl paradı” adlanır”. 

Günəş sistemindəki bütün planetlərin ümumi kütləsi Günəşin kütləsinin bir faizini təşkil edir. Yəni bu planetlərin heç birinin Günəşə təsir qüvvəsi yoxdur. Bu astronomik hadisə zamanı Günəşin özündə və planetlərdə qabarma qüvvəsi yarana bilər. Hansı ki, bu zaman Günəşdə baş verən partlayışlarda artım və ya güclənmə müşahidə olunması mümkündür.

Digər bir tərəfdən isə planetlərin özündə tektonik fəaliyyətlər yaşana bilər. Bununla belə, “Planetlərin paradı”nın bizim planetimiz və üzərindəki canlılara heç bir mənfi təsiri olmayacaq. 

Növbəti böyük planet paradı 28 fevral 2025-ci ildə baş tutacaq. Saturn, Merkuri, Neptun, Venera, Uran axşam səmasında düzüləcək və onların yanında (şərqdə) parlaq Yupiter və Mars olacaq. Yeddi planetin hamısı Günəşin eyni tərəfində olacaq. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO