Lotu Quli niyə öldürüldü? - Sedat Peker qətlin səbəbini AÇIQLADI

Lotu Quli niyə öldürüldü? - Sedat Peker qətlin səbəbini AÇIQLADI

Hazırda oxunan: Lotu Quli niyə öldürüldü? - Sedat Peker qətlin səbəbini AÇIQLADI

20849

Türkiyənin kriminal aləminin ən tanınmış liderlərindən olan Sedat Peker səs-küylü video bölüşüb. 

Bizim.Media xəbər verir ki, cinayət aləmini siyasətlə bağlayan Sedat Peker çıxışında Lotu Quli və Mübariz Mənsimov kimi azərbaycanlılardan da bəhs edib.

Ötən yay qətlə yetirilən Nadir Səlifovu (Lotu Quli) qanuni oğruların lideri adlandırıb və bildirib ki, onun üzərində Türkiyəyə girməklə bağlı deport var idi. Belə ki, Ədirnədəki atışmalardan birində polisin ölümü ilə nəticələnən insidentdə Lotu Qulinin əli olduğu barədə xəbərlərə rəğmən, onun üzərindən Türkiyəyə giriş qadağası götürülüb. 

Sedat Peker bu qadağanın götürülməsində hökuməti yox, həyatı qaranlıq məqamlarla dolu, məmur, siyasətçi, kabadayı Mehmet Ağarın qismində “dərin dövlət”i günahlandırıb. Səbəb isə, Mübariz Mənsimovu aradan götürmək idi. Yəni, Nadir Türkiyəyə o şərtlə buraxılacaq, yaxud gətiriləcəkdi ki, Mənsimovu qətlə yetirsin.

Sedat Pekerin sözlərinə görə, Mübariz Mənsimovun möhkəmliyi sayəsində onun qətli baş tutmadı və Lotu Quli isə “bacarıqsızlığına” görə, sifarişin üstü açılmasın deyə öldürüldü.

Sözügedən videoya Sedat Pekerin “YouTube” səhifəsindən baxa bilərsiniz.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO