Bu gün Laçın rayonunda səfərdə olan Azərbaycan Alban-udi dini icmasının nümayəndələri növbəti dəfə "Ağoğlan" məbədini ziyarət ediblər.
Bizim.Media xəbər verir ki, icma nümayəndələri Pasxa bayramı ərəfəsində monastırda dini ayinlərini icra ediblər və şamlar yandırıblar.
Beləliklə, qədim Alban kiləsəsinin əsl varislərinin "Ağoğlan" məbədinə 180 ildən sonra üçüncü ziyarəti reallaşıb.
Qeyd edək ki, səfərdə həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və media nümayəndələri iştirak edirlər.
Səfər Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondun maliyyə dəstəyi ilə həyata keçirilir. (Report)
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:34 / 11.05.2021
Udilər Laçındakı "Ağoğlan" məbədində növbəti dəfə ibadət etdilər - FOTO
Hazırda oxunan: Udilər Laçındakı "Ağoğlan" məbədində növbəti dəfə ibadət etdilər - FOTO
Hazırda oxunan: Udilər Laçındakı "Ağoğlan" məbədində növbəti dəfə ibadət etdilər - FOTO
20847
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.