Azərbaycanda məktəblər meymunçiçəyinə görə onlayn təhsilə keçir? - RƏSMİ CAVAB

Azərbaycanda məktəblər meymunçiçəyinə görə onlayn təhsilə keçir? - RƏSMİ CAVAB

Hazırda oxunan: Azərbaycanda məktəblər meymunçiçəyinə görə onlayn təhsilə keçir? - RƏSMİ CAVAB

208460

Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Ancaq vətəndaşlar yeni pandemiyanın başlayacağından narahatdırlar. 

Bizim.Media xəbər verir ki ki, Baku.ws-in "qaynar xətti"nə gələn sorğuların çoxu valideynlərin meymunçiçəyinin yayılma riski ilə bağlı tədrisin onlayn olacağı və ya vaxtının dəyişdiriləcəyi ilə bağlı olub. 

Mövzu ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Mətbuat Xidmətindən bildirilib ki, yeni tədris ilinə hazırlıq məqsədilə təhsil müəssisələrində müvafiq ixtisaslaşmış qurumlar tərəfindən dezinfeksiya işləri həyata keçirilir: 

"Hər hansı bir xəstəliyə kütləvi yoluxma halı baş verdikdə təhsil müəssisəsinin bağlanması, tədrisin distant formaya keçirilməsi ilə bağlı qərar digər aidiyyəti qurumlar tərəfindən verilir. Bildiririk ki, məktəblilər arasında hər hansı xəstəliyə yoluxma ilə bağlı statistik məlumatı aidiyyəti səhiyyə qurumu müəyyən edir.
 

Buna baxmayaraq, ənənəvi qaydada məktəblərdə müvafiq ehtimallar nəzərə alınaraq, pedaqoji kollektivə şagirdlərin səhhətində müşahidə oluna biləcək narahatlıq halları ilə bağlı daha diqqətli olmaları tövsiyə edilir.


Səhhətində narahatlıq müşahidə edilən məktəblilər tibb bacısı və ya həkim tərəfindən ilkin müayinə olunur, valideyn ilə əlaqə saxlanılır, şagirdin vəziyyətinə uyğun tədbirlərin görülməsi təmin edilir. Valideynlərə tövsiyə edilir ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxduqları halda tam sağalanadək onların digər uşaqlarla yaxın təmasda olmaları məqsədəuyğun deyil". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO