Kəfənin qiymətində artım yoxdur? - Məşhur aparıcıdan qiymət artımına etiraz

Kəfənin qiymətində artım yoxdur? - Məşhur aparıcıdan qiymət artımına etiraz

Hazırda oxunan: Kəfənin qiymətində artım yoxdur? - Məşhur aparıcıdan qiymət artımına etiraz

208458

Jurnalist Jalə Həsənli öz feysbuk hesabında qiymət artımlarını şərh edib.

 

Sfera.az jurnalistin şərhini təqdim edir: 

 

Metro və sərnişindaşıma xidməti göstərən avtobuslarda gediş haqqı artırıldı! 

 

Metroda qiymət 1 gediş üçün 40 qəpik, şəhərdaxili avtobus marşrutlarında 40 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobuslarda məsafədən asılı olaraq 40 qəpik və ya 1 manat təsdiq edildi.

 

Qərar 3 fevral 2023-cü ildən qüvvəyə minir! 

 

Nə deyirsiniz, bundan sonra piyada gəzməyə alışdıraq özümüzü? Çox gəzmək də olmur, hava soyuq, virus da çox. Sonra xəstələnsək dərman da ala bilməyəcəyik. Çünki onların da qiyməti qalxdı. 31 dərman vasitəsi bahalaşdı. Heç nə, nənəm demiş, yıxıl, öl! 

 

P.S Kəfənin qiymətində artım yoxdur??

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO