Deputatlığa namizəd Günay Ağamalı Salyan şəhərində şəhid ailələri ilə görüşdü - FOTO/VİDEO

Deputatlığa namizəd Günay Ağamalı Salyan şəhərində şəhid ailələri ilə görüşdü - FOTO/VİDEO

Hazırda oxunan: Deputatlığa namizəd Günay Ağamalı Salyan şəhərində şəhid ailələri ilə görüşdü - FOTO/VİDEO

208409

Bizim.Media xəbər verir ki, görüşdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına Şəhadətə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Günay Ağamalının vəkilləri Əməkdar müəllim Fərqanə Cəbrayılova və Günaydın Əhədova namizədin tərcümeyi-halı və fəaliyyəti haqqında görüş iştirakçılarına ətraflı məlumat verdilər.

Görüşdə çıxış edən Günay Ağamalı platformasında Salyan, Biləsuvar, Neftçala rayonlarının şəhid və qazi ailələrinə, müharibə əlillərinə diqqət və qayğının göstərilməsinin və daha da artırılmasının əsas istiqamətlərindən biri olduğunu söylədi.

O, cənab Prezident İlham Əliyevin və birinci Vitse-Prezident Mehriban Xanım Əliyevanın şəhid ailələlərinə və qazilərə göstərdikləri yüksək diqqət və qayğını xüsusi olaraq qeyd etdi və cənab Prezidentin bu siyasi xətti ilə tam həmrəy olduğunu bildirdi.

G.Ağamalı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, Silahlı Qüvvələrimizin rəşadəti, qazi və şəhid qardaşlarımızın qəhrəmanlıqları, xalqımızın dövlətimizlə, möhtərəm Cənab Prezidenimizlə və ordu ilə sarsılmaz birliyi 44 günlük Vətən müharibəsində tarixi Qələbəmizi təmin etdi və Azərbaycanın vətəndaşı olmaqdan qürur duyduğunu söylədi.

Daha sonra, Günay Ağamalı şəhid ailələrinin qaldırdığı məsələləri diqqətlə dinlədi. O, deputat seçiləcəyi təqdirdə dövlət, Salyan, Biləsuvar, Neftçala rayonlarının icra qurumları və bələdiyyələrlə birgə sağlam əməkdaşlıq çərçivəsində bütün bu qaldırılan məsələlərin həlli üçün səylə çalışacağını önə çəkdi.
 

Səmimi keçən görüşdə şəhid valideynləri Arzu Quliyeva, Xoşgül Axundova, Hikmət Salahov, Əvəz İsmayılov, Etibar Ağayev, şəhid Rəşad Əliyevin qardaşı Qəhrəman Əliyev Günay Ağamalıya uğurlar arzulayaraq, sentyabrın 1-də növbədəkənar parlament seçkilərində fəal iştirak edəcəklərini və Günay Ağamalıya səs verəcəklərini bildirdilər. 


Günay Ağamalının 65 saylı Salyan- Biləsuvar-Neftçala seçki dairəsində seçicilərlə görüşləri davam edir.
























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO