Milli Məclisin Azərbaycanda “Tütün və ya tütün məmulatı haqqında”x9d qanun ilə qadağan olunmuş yerlərdə siqaret çəkilməsinə görə cərimə müəyyən edilib. İctimai yerlərdə buna əməl olunurmu?!xa0
Moderator.az -ın əməkdaşı bu gün Bakıda bir neçə restoranda olaraq bu məsləylə maraqlanıb. Restoran sahiblərinin verdiyi məlumata görə onlara restoranda siqaret çəkilməməsi ilə bağlı xəbərdarlıq edilərək, siqaret çəkilməsini qadağan edən lövhələr verilib.xa0

Moderator.az-a açıqlamasında mühafizə eksperti Elmar Nurəliyev bildirib ki, qanun dövlət tərəfindən qəbul edildiyi üçün insanlar buna əməl edirlər. Əvvəllər isə restoranda siqaret çəkilməsinə görə mühafizə xidməti olaraq problem yaşayırdıq:
“Əvvəllər vətəndaşa burda siqaret çəkmək olmaz deyəndə etiraz edirdilər. Deyirdilər ki, niyə yazıb vurmamısınız?! Kim bizə deyib siqaret çəkmək olmaz?! İndi elə deyil. Bu məsələ artıq öz yoluna düşüb. İctimai yerlərdə siqaret çəkilməsini qadağan edən qanun dövlət tərəfindən qüvvəyə mindiyi üçün insanlar da buna əməl edirlər. Bu dövlətimiz tərəfindən atılmış çox gözəl addımdır. Siqaret çəkən bir adamın bu vərdişdən uzaq olan insanları zəhərləməsi təbii ki, yolverilməzdir”x9d.xa0

Xatırladaq ki, Milli Məclisin “Tütü və ya tütün məmulatı haqqında”x9d qanunu bu il yanvar ayının birindən çox ciddi şəkildə tətbiq edilir. Qərara əsasən siqaret çəkən fiziki şəxs 30 manat məbləğində, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə “siqaret çəkmək qadağandır”x9d xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər isə 1000 manat məbləğində cərimə edilir.

Vasif Əlihüseyn




































































































