Qonşusunun evindən 10 min manatlıq oğurluq etdi – Polis saxladı - FOTO

Qonşusunun evindən 10 min manatlıq oğurluq etdi – Polis saxladı - FOTO

Hazırda oxunan: Qonşusunun evindən 10 min manatlıq oğurluq etdi – Polis saxladı - FOTO

20808

Zaqatala rayonu Yuxarı Tala kəndi ərazisində yerləşən fərdi yaşayış evindən 10 min manat dəyərində istilik sistemlərinin oğurlanması barədə Polis Şöbəsinə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən zərərçəkmişin qonşusu Nurlan Musayev saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs oğurladığı həmin cihazları Zaqatala və Bakı şəhərlərində istilik sistemlərinin satışı ilə məşğul olan bir neçə mağazaya satıb. Əldə etdiyi pulu isə öz əyləncəsi üçün xərcləyib.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO