Azərbaycan təhsil tarixində REKORD: Tələbə adını 55656 abituriyent qazandı

Azərbaycan təhsil tarixində REKORD: Tələbə adını 55656 abituriyent qazandı

Hazırda oxunan: Azərbaycan təhsil tarixində REKORD: Tələbə adını 55656 abituriyent qazandı

207946

Xəbər verdiyimiz kimi Dövlət İmtahan Mərkəzi (DİM) 2024/2025-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.

Bizim.Media xəbər verir ki, nəticələrə əsasən qəbul imtahanlarında ümumilikdə 82883 nəfər iştirak edib.

Onlardan 55656 nəfəri (o cümlədən 7287 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27117 (o cümlədən 1579 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 28539 (o cümlədən 5708 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Qeyd edək ki, bu rəqəmlər Azərbaycan təhsil tarixində ən yüksək göstərici hesab olunur. Bu barədə "Azərbaycan Universitetləri" facebook sehifəsi məlumat yayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO