Şahin Seyidzadə Qobustanda seçicilərlə görüşdü – FOTO

Şahin Seyidzadə Qobustanda seçicilərlə görüşdü – FOTO

Hazırda oxunan: Şahin Seyidzadə Qobustanda seçicilərlə görüşdü – FOTO

207890

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə 87 saylı Qobustan-Şamaxı-İsmayıllı seçki dairəsindən namizəd Şahin Seyidzadə Qobustan rayonunun Çalov, Cəyirli, Təklə Mirzəbala, Ərəbşalbaş kəndlərində seçicilərlə görüşüb. 

Bizim.Media xəbər verir ki, deputatlığa namizədin seçicilərlə ilk görüşü Çalov kəndində keçirilib.  


O, görüşdən əvvəl Qarabağda antiterror əməliyyatı zamanı şəhid olmuş komando Şəhriyarov Vüsal Təbiyyət oğlunun xatirəsinə həsr edilmiş bulaq-abidəni və şəhidin məzarını ziyarət edib.  

Növbəti görüş Qobustan rayonunun Cəyirli kəndinin seçiciləri ilə baş tutub. Fəal keçən görüş zamanı seçicilərin irəli sürdüyü məsələlər dinlənilib və seçki platforması barədə onlara ətraflı məlumat verilib.  


Görüşdən öncə İkinci Qarabağ müharibəsinin şəhidləri İbadov Murad və Məmmədov Elxanın məzarları ziyarət olunaraq, əziz xatirələri yad olunub.  

Digər görüş Qobustan rayonunun TəkləMirzəbaba kəndinin seçicilərilə baş tutub və ənənəvi olaraq  görüşdən əvvəl ölməz şəhidlərimizin xatirələri yad edilib.  


Daha sonra Şahin Seyidzadə seçiciləri maraqlandıran məsələlərə toxunub, onların suallarını cavablandırıb və seçki platformasında nəzərdə tutulan işlər barədə ətraflı məlumat verib.  

Sonuncu görüş rayonun Ərəbşalbaş kəndinin sakinlərilə keçirilib. Ərəbşalbaş kənd sakinləri seçki platforması barədə məlumatlandırıldıqdan sonra, seçicilər tərəfindən irəli sürülən məsələlər ətrafında müzakirələr aparılıb.  


Qeyd edək ki, Şahin Seyidzadə VI çağırış Milli Məclisin deputatı olub. O, 2022-ci ilin 3 mart tarixindən bəri İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədridir.   


















































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO