Şuşa döyüşlərində şəhid olan əsgərin anası vəfat etdi - FOTO

Şuşa döyüşlərində şəhid olan əsgərin anası vəfat etdi - FOTO

Hazırda oxunan: Şuşa döyüşlərində şəhid olan əsgərin anası vəfat etdi - FOTO

207880

Vətən müharibəsi şəhidi Orxan Cabbarovun anası Yeganə xanım vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu məlumat yayıb.

O bildirib ki, Orxan Cabbarovun anası onkoloji xəstəlikdən əziyyət çəkirmiş.

Qeyd edək ki, 1995-ci il təvəllüdlü Orxan Cabbarov Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub. Ailəli idi. Ayxan adında bir oğlu yadigar qalıb. 

O, 44 günlük Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 

Noyabrın 9-da Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhid olub, Tovuz rayonunun Bozalqanlı kəndində dəfn olunub.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO