Avtomobili evdən xəbərsiz götürən 16 yaşlı oğlan qəza törətdi, həyatını itirdi - VİDEO

Avtomobili evdən xəbərsiz götürən 16 yaşlı oğlan qəza törətdi, həyatını itirdi - VİDEO

Hazırda oxunan: Avtomobili evdən xəbərsiz götürən 16 yaşlı oğlan qəza törətdi, həyatını itirdi - VİDEO

207862

Şamaxıda ölümlə nəticələnən yol qəzası baş verib. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Şamaxı-Pirqulu avtomobil yolunda qeydə alınıb. 

Belə ki, rayonun Əngərxan kənd sakini, 2008-ci il təvəllüdlü Əsgərov Emil Oktay oğlu idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə avtomobil yol kənarındakı ağaca çırpılıb və yoldan çıxaraq dərəyə yuvarlanıb. Qəza zamanı Emil Əsgərov hadisə yerində dünyasını dəyişib. Yaxınlarının sözlərinə görə, qəza zamanı həyatını itirən Emil Əsgərov avtomobili evdən xəbərsiz götürərək yolun hərəkət hissəsinə çıxıb. 

DİN-in mətbuat xidmətinin regional qrupundan Bizim.Media-nın yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, baş verən hadisə ilə bağlı cinayət işi açılıb, araşdırmaların sonunda hadisənin dəqiq başvermə səbəbi bəlli olacaq. 


Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO