Ağdamda 32 yaşlı kişi ehtiyatsızlıqdan laqonda ilə özünə xəsarət yetirib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun İmamqulubəyli qəsəbəsində qeydə alınıb.
Belə ki, Abdullayev Hüseyin Adil oğlu yaşadığı evdə laqonda ilə işləyərkən sağ əlinə xəsarət yetirib. H.Abdullayev Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan verilən məlumata görə, xəsarət sağ əlin vətərinə toxunduğu üçün ona ilkin tibbi yardım göstərilərək Bərdə Diaqnostika Mərkəzinə göndərilib. Faktla bağlı araşdırma aparılır.
Elgün Gəncimsoy, Qarabağ bürosu, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:48 / 22.08.2024
Ağdamda 32 yaşlı kişi laqonda ilə özünə xəsarət yetirdi
Hazırda oxunan: Ağdamda 32 yaşlı kişi laqonda ilə özünə xəsarət yetirdi
Hazırda oxunan: Ağdamda 32 yaşlı kişi laqonda ilə özünə xəsarət yetirdi
207846
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.